Pirelli Belçika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Belçika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, avqustun sonunda baş tutacaq yarışa Pirelli orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Komandalar mövsümdə artıq 8-ci dəfə bu üçlükdən istifadə edəcəklər.

Sürücülərin seçimlərinə baxdıqda, medium təkərlərin əvvəlki yarışlarla müqayisədə daha çox sifariş verildiyini görürük. Mercedes AMG sürücülərinin seçiminin bir qədər fərqli olması da diqqətdən yayınmır…

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 3 6 4
Niko Rosberq Mercedes AMG 4 5 4
Sebastyan Fettel Ferrari 1 5 7
Kimi Rəykkönen Ferrari 1 5 7
Valtteri Bottas Williams 3 3 7
Felipe Massa Williams 3 3 7
Daniel Rikkardo Red Bull 4 3 6
Maks Ferstappen Red Bull 4 3 6
Niko Hülkenberq Force İndia 3 4 6
Serxio Peres Force İndia 3 4 6
Kevin Maqnussen Renault 3 3 7
Colion Palmer Renault 3 3 7
Daniil Kvyat Toro Rosso 2 4 7
Karlos Sayns Toro Rosso 2 4 7
Fernando Alonso McLaren 3 4 6
Censon Batton McLaren 3 4 6
Markus Eriksson Sauber 1 5 7
Felipe Nasr Sauber 1 5 7
Paskal Verlyayn Manor 4 4 5
Rio Haryanto Manor 4 4 5
Roman Qrojan Haas 2 4 7
Esteban Qutyerres Haas 1 5 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*