C.Fizikella Force İndia-ya təşəkkür edib

Force İndia komandasının rəhbərliyi Cankarlo Fizikellanı Ferrari-yə buraxmağa razı olub və italiyalı sürücü həyatının arzusunu gerçəkləşdirmək imkanına görə komandaya təşəkkür […]

Force İndia komandasının rəhbərliyi Cankarlo Fizikellanı Ferrari-yə buraxmağa razı olub və italiyalı sürücü həyatının arzusunu gerçəkləşdirmək imkanına görə komandaya təşəkkür edib. Fizikella Kimi Rəykkönenin komanda yoldaşı olacaq və Monsadan başlayaraq mövsümün qalan yarışlarını Skuderiyanın heyətində keçirəcək, çünki bu il Felipe Massanın komandaya qaytıtması gözlənilmir…

Cankarlo Fizikella: “Mən Vicey Malyaya təşəkkür edirəm, o mənə bu imkandan istifadə edərək Ferrari-nin heyətində çıxış etmək şansı verdi. Gizlətmirəm ki, mən həmişə buna can atmışam, ona görə də Vicey mənim arzumun gerçəkləşməsinə imkan verdi.

Ümid edirəm ki, mən öz növbəmdə Force İndia komandasının inkişafında rol oynamışam və komandaya düzgün yola düşməyə kömək etmişəm. İndi komanda rəqabətədavamlıdır və mən onlara müvəffəqiyyətlər arzu edirəm.”

Canakrlonun Ferrari-yə keçməsi onun Belçika Qran Prisində Force İndia komandasına ən yaxşı nəticə qazandıqdan sonra baş tutub – sıralanma turunda poul və yarışda ikinci yer…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*