C.Battonun vətənində çempiona heykəl qoymaq istəyirlər

Dünən San Pauluda jurnalistlərlə görüşündə Censon Batton bildirib ki, yarışdan əvvəl anansından aldığı SMS onu mübarizəyə kökləyib… Censon Batton: “Sıralanma […]

Dünən San Pauluda jurnalistlərlə görüşündə Censon Batton bildirib ki, yarışdan əvvəl anansından aldığı SMS onu mübarizəyə kökləyib…

Censon Batton: “Sıralanma turundan sonra məyus olmuşdum, Rubensin paxıllığını çəkirdim, axı o poul qazanmışdı. Bu fəlakət idi. Anam yarışlara nadir hallarda gəlir, evdə mənə azarkeşlik edir, İngiltərədə, ona görə də mən ona mesaj göndərdim ki, “anacan, narahat olma, sabah biz onların hamısına göstərəcyik!” Anamdan cavab gəldi ki, “yaxşı, göstər görüm”, biz də göstərdik!”

Yeri gəlmişkən, Londonun The Mirror qəzeti xəbər verib ki, Censonun vətənində, İngiltərənin Somerset qraflığında yerləşən Froum şəhərciyində həmyerlilərinə, yeni dünya çempionuna heykəl qoymağa hazırlaşırlar. Qəzetin bildirdiyinə görə, Böyük Britaniyanın baş naziri Qordon Braun Battonu artıq təbrik edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*