09 Dekabr 2019, Bazar ertəsi - 16:43

C.Battonun bir şansı var?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:07 - 08 Fevral, 2009

Britaniya mətbuatı Toro Rosso komandasının Sebastyen Burde müqavilə bağlamasını böyük təəssüflə şərh edir, çünki bu müqavilə çempionatın son vakansiyasını bağlayıb […]

Britaniya mətbuatı Toro Rosso komandasının Sebastyen Burde müqavilə bağlamasını böyük təəssüflə şərh edir, çünki bu müqavilə çempionatın son vakansiyasını bağlayıb və indi Censon Battonun ümidləri yalnız Honda Racing komandasının satılmasına qalıb. Birdən-birə üç sürücü yenilənmiş Honda-nın sükanı arxasında oturmağa çalışır – Censon Batton, Rubens Barrikello və Bruno Senna. Ən çox şans Battondadır – bu üçlükdən yalnız onun bağlanmış müqaviləsi var, komandanın keçmiş sahibi ona kompensasiya ödəmək istəmədiyindən komandanın satışında Censon da vacib maddə kimi əlavə olunub.

İkinci yeri kiçik üstünlüklə Bruno Senna tutur, onun namizədliyini Ross Braun dəstəkləyir, müqavilənin məbləği baha olmaya bilər, bəlkə də belə alı-sanlı soyada görə komandaya sponsorlar da cəlb etmək olar. Üçüncü yeri isə Formula1-in veteran sürücüsü Barrikello tutur, amma Bruno və Rubensin müqavilələri yeni sahibin potensialından asılıdır, beləki o ikinci maşının sükanı arxasına öz sürücüsünü də otuzdura bilər.

Toro Rosso-dakı vakansiya çempionatda iştirak etmək üçün real zəmanət idi, indi hər şey yalnız Honda Racing komandasının satışından asılıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 367
Teqlər
Paylaş

logo