C.Batton: “Təsəvvür etməzdim ki, 8-ci yer uğrunda belə gərgin mübarizə aparacam”

Dünənki sıralanma turu McLaren və Ferrari komandaları üçün uğursuz alınmışdı – yalnız Censon Batton iki sessiyaya adlamış, lakin birinci sessiyada […]

Dünənki sıralanma turu McLaren və Ferrari komandaları üçün uğursuz alınmışdı – yalnız Censon Batton iki sessiyaya adlamış, lakin birinci sessiyada maşın trasdan çıxdığı üçün mübarizəni davam etdirə bilməmişdi. Komanda yoldaşından fərqli olaraq yarışa yumşaq təkərlərlə başlayan Censon hamıdan birinci olaraq pitə yollanmalı olub, bundan sonra yarışın böyük hissəsini bərk təkərlərlə keçirən sonuncu dünya çempionu son dövrələrdə Ferrari sürücüləri ilə gərgin mübarizə aparıb – nəticədə Fernando Alonsonu arxada saxlayıb, Felipe Massanı isə irəli buraxıb və finiş xəttini səkkizinci keçib…

Censon Batton: “Startdan sonra ilk dövrələr çox çətin oldu – birinci döngədə mən xarici radiusa çıxdım, bir neçə mövqe itirdim, sonra isə Fernando Alonsonun arxasında ilişib qaldım və heç bir hücume də bilmədim. Yumşqa təkərlər özünü yaxşı aparmırdı, sürətli döngələrdə maşına ilişmə çatmırdı – nəticədə biz qərara aldıq ki, pit-stopa nəzərdə tutduğumuzdan tez gedək və boş trasa çıxaq.

Təzə təkərlərlə bir neçə mövqe qazana bildim, amma uzun müddət eyni təkərlərlə trasda qaldığım üçün finişə yaxın təkərlər tam yeyilmişdi və məndən iki saniyə sürətli olan rəqiblərimiz arxada saxlamaq çox çətin idi. Yekunda mən Felipe Massanı irəli buraxdım, Fernando Alonso da komanda yoldaşının ardınca getmək istəyirdi, az qala birinci döngədə məni keçsin, amma döngənin çıxışında mən əks hücum etdim, bundan sonra ispaniyalı sürücünü itirdim. Bilmirəm nə baş verdi, amma mübarizə maarqlı idi!

Düzünü desəm, heç vaxt təsəvvür etməzdim ki, səkkzinci yer uğrunda belə gərgin mübarizə aparacam, amma növbəti xalları toplamaq xoşdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*