C.Batton: “Şən yarış idi”

Censon Batton Monsada ikinci yeri tutub və yarışdan sonra deyib ki, Sebastyan Fettellə mübarizə aparmağa ümid edirmiş, amma uğursuz start […]

Censon Batton Monsada ikinci yeri tutub və yarışdan sonra deyib ki, Sebastyan Fettellə mübarizə aparmağa ümid edirmiş, amma uğursuz start onun ümidlərini puç edib…

Censon Batton: “Yarış doğrudan da şən alındı! Mən Lyuislə, Mixaellə, Fernando ilə mübarizə apardım – bu maraqlı idi. Təəssüf ki, liderlik uğrunda mübarizə apara bilmədim, amma bunu etmək çətin idi, xüsusən də uğursuz startdan sonra – ilk döngədən mən yeddinci çıxmışdım.

Monsada atmosfer fantastik idi, ona görə də daha bir yaxış yarış arxada qaldı. Amma biz uik-endlər daha səlis keçirməliyik ki, Fettel və Red Bull-la mübarizə apara bilək.

Bilmirəm ki, bunu bu gün etmək olardı yoxsa yox. Uğursuz start buna imkan vermədi. Problem elə də böyük deyil, amma bu problem üzündən mən çox vaxt itirdim. İkinci yeri tutmaq xoşdur, amma həmişə daha çox şey istəyirsən.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*