C.Batton: “Nəticə çıxarmağa tələsmək lazım deyil”

Bəhreyn yarışı bir çoxlarına darıxdırıcı görünüb, amma sonuncu dünya çempionu Censon Batton hesab edir ki, nəticə çıxarmağa tələsmək lazım deyil… […]

Bəhreyn yarışı bir çoxlarına darıxdırıcı görünüb, amma sonuncu dünya çempionu Censon Batton hesab edir ki, nəticə çıxarmağa tələsmək lazım deyil…

Censon Batton: “Mənə elə gəlir ki, hamı birinci yarışdan çox şey gözləyirdi. Mövsümöncəsi hamı elə hey deyirdi ki, “bizi Formula1 tarixində ən yaxşı mövsüm gözləyir”, amma mövsümün ilk yarışı maraqsız alındı.

Hətta keçən yarışlar çoxlarına darxıdırıcı gəlirdi, ötmələrin azlığından gileylənirdilər, amma mən hesab edirəm ki, 2009-cu ildə yaxşı balans tapılmışdı – ötmək çətin idi, amma bir manevr alınanda, bu çox yaxşı görünürdü.

Mən şadam ki, biz sıralanma turununun son hissəsinə dolu baklarla çıxmırıq, bu sahədə çempionat irəliyə doğru böyük addım atıb – sürücülər maşının imkanlarından maksimum istifadə edirlər. Pozitiv faktorlar var, çox güman ki, hələ çox deyil, amma ümid edirik ki, Melburnda bu faktorlar daha çox olacaq.

Nəticə çıxarmağa tələsmək lazım deyil. Mən Formula1-i sevirəm və maraqlı yarışlar görmək istəyirəm, amma arxada cəmi bir yarış qalıb və indi deməyəcəm ki, “bu dəhşətdir, nə edəcəyik?” Bu dünyanın sonu deyil, qarşıda hələ 18 yarış var – mövsümün maraqlı olması üçün bütün şanslar var.

Üzümüzə gələn yarışlarda vəziyyətə baxmaq lazımdır, sonra isə hansısa tədbirlərin qəbul olunmasının zəruriliyini düşünmək olar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*