C.Batton: “Mən vacib xallar qazandım”

Almaniya Qran Prisi bu mövsüm Brawn GP komandası üçün ən uğurusz olub – maşıns ürətdə rəqiblərinə uduzub və sürücülərdən heç […]

Almaniya Qran Prisi bu mövsüm Brawn GP komandası üçün ən uğurusz olub – maşıns ürətdə rəqiblərinə uduzub və sürücülərdən heç biri bu dəfə podiuma qalxa bilməyib. Çempionatın lideri Censon Batton sonuncu pit-stopa bir dövrə gec girdiyi üçün finişdə komanda yoldaşını qabaqlaya bilib…

Censon Batton: “Biz vacib xallar qazandıq, amma bu gün yarış pis başladı və yarışın gedişində vəziyyət dəyişmədi. Mən pis start aldım, birinci dövrədən beşinci çıxdım, ikinci dövrədə Massanı keçə bilsəm də, Kovalaynenlə heç nə edə bilmədim – onun tempi hücum məsafəsinə yaxınlaşmağa imkan vermirdi. Yarışın gedişində biz təkərin dənlə örtülməsi və yeyilməsi ilə mübarizə aparırdıq, Rubensin pit-stop zamanı yanacaq dolduran maşınla problemi isə mənə də təsir etdi – mən onun arxasına düşdüm, onun bərk təkərlərlə problemi olduğu üçün mən hər dövrədə bir saniyə itirirdim.

Mən Markı birinci qələbəsi münasibətilə təbrik edirəm, biz çoxdan dostluq edirik və mən doğrudan da onun uğuruna sevinirəm. Mən səbirsizliklə Macarıstanı gözləyirəm, orda biz komandanın hazırladığı yenilikləri alacayıq, yarış isə daha isti havada olmalıdır, məncə biz Red Bull-dan geriqalmanı ardan qaldıracayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*