C.Batton: “Mən qələbəni gözləməyəcəm”

Dünya çempionatının lideri Censon Batton Monako Qran Prisində yeddi dəfə start alıb və ən yaxşı nəticəsini 2004-cü ildə göstərib – […]

Dünya çempionatının lideri Censon Batton Monako Qran Prisində yeddi dəfə start alıb və ən yaxşı nəticəsini 2004-cü ildə göstərib – britaniyalı sürücü sıralanma turunda üçüncü olsa da, Ralf Şumaherin cəriməsindən sonra yarışa ikinci yerdən qatılmış və finişdə Yarno Trulliyə cəmi yarım saniyə uduzmuşdu. Bu il Censon ev yarışını (onun evi düz trasın yanındadır) rəqabətədavamlı maşında keçirəcək, bu maşın yavaş döngələrdə üstünlüyə malikdir və qələbə uğrunda mübarizə aparmağa imkan verir. Britaniyanın Daily Star qəzetinin jurnalistləri sürücüdən yarışa bir həftə qalmış kiçik müsahibə alıblar…

Censon Batton: “Bu dəfə mən məsafəni sakit qət etməyəcəm. Mən bilirəm ki, xallar uğrunda aqresiv mübarizə aparmalıyam və əgər hər şey yaxşı alınsa, qələbəyə ümid edə bilərəm. Mənim Monakoda yüksəlişlərim də olub, enişlərim də, bu dəfə də mübarizə gərgin olacaq, amma mən uğrua əminəm – Monako bir az Barselonaya bənzəyir, adətən burda mən problemlərlə özləşirəm, amma İspaniyadakı qələbə nikbin olmağa səbəb verir.

Əvvəllər mən bu cür traslarda ehtiyatlı olurdum, ona görə də bu dəfə stilimi dəyişməliyəm. Əgər qoruyucu baryerlə toqquşmasam, Monte Karloda uğrusuz çıxışlarıma son qoya bilərəm. Mən qələbəni gözləməyəcəm, mən qələbə uğrunda mübarizə aparacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*