C.Batton: “Bu trasdan mənim çox xoşum gəlir”

Çempionatın lideri Censon Batton hesab edir ki, təpələr arasında salınmış müxtəlif döngəli trasda uğur qazanmaq üçün yaxşı balanslı maşına malik […]

Çempionatın lideri Censon Batton hesab edir ki, təpələr arasında salınmış müxtəlif döngəli trasda uğur qazanmaq üçün yaxşı balanslı maşına malik olmalısan…

Censon Batton: “Bu trasdan mənim çox xoşum gəlir, əvvəlki illərdə burda pis nəticələr göstərməmişəm. Trasın xarakterik konfiqurasiyası və hündürlük fərqi sayəsində bu trasda yarış sürücülərə zövq verir, amam hamının qarşısında çətin vəzifələr qoyur.

Adətən Türkiyə Qran Prisi çox maraqlı keçir və birinci, üçüncü döngələrdə biz çoxlu ötmələr görmüşük. Bundan başqa trasenişə gedən 9-cu döngədə, eləcə də daha gec əyləci basmaqla 12 və 13-cü döngələrdə ötmək mümkündür.

Hamının qeyd etdiyi 8-ci döngə ən uzun döngədir, burda yüklənmələr də olduqca yüksəkdir: 5 saniyə ərzində biz 5G yüklənməni hiss edirik, sənin boynun güclü gərginlik içində olur. Üçqat apeksi maksimum rahat keçməlisən, əgər qazı döşəməyə qədər basmaqla keçə bilsən, onda döngənin çıxışında böyük üstünlük qazanacaqsan.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*