Frederik Vassyör: “Trasda çempionları idarə etmək həmişə çətindir, çünki onlar imkanlarının maksimum həddində çıxış edirlər və daim qələbəyə köklənirlər. Vəziyyət o zaman həqiqətən mürəkkəbləşir ki, hər şeyi sürücülərinizlə açıq şəkildə müzakirə edə bilmirsiniz, amma bizdə belə problem yoxdur.
Bazar ertəsi, yarışdan sonra Lyuis Həmilton və Şarl Leklerlə birsaatlıq telefon danışığımız oldu. Həmin söhbətdə strategiyanı, qəbul olunmuş qərarların səbəblərini aydın şəkildə izah etdik və danışığın sonunda bu məsələyə nöqtə qoyub diqqətimizi Monzaya yönəltdik.
Mənə belə yanaşma daha çox xoş gəlir: hər şeyi açıq müzakirə edə bilirik, nəinki hər kəsin hər şeyi içində saxlaması. Çünki bu, sonda daha pis nəticələrə gətirib çıxara bilər”.





