Frederik Vassyör: Biz Monzadan sonra səhifəni çevirdik

Ferrari komandasının rəhbəri Frederik Vassyör İspaniya Qran Prisi ərəfəsində komandanın mətbuat xidmətinə açıqlamasında ev mərhələsindən sonra Skuderiyada yaranmış gərgin vəziyyət mövzusuna toxunmayıb. Həmin yarışda startda Şarl Leklerlə Lyuis Həmilton az qala toqquşacaqdılar, finişdən sonra isə yeddiqat dünya çempionu Ferrari-ni komanda daxilində rəqabətə yanaşmanı dəyişməyə çağırmışdı. Bunun əvəzinə Vassyör qarşıdakı uik-enddə komandadan nə gözlədiyini danışıb.

Frederik Vassyör: “Monzadan sonra bu səhifəni bağlamışıq və indi bütün diqqətimiz Madridə, eləcə də yeni yarış həftəsonunun açdığı imkanlara yönəlib.

MadRinq Formula1 üçün tamamilə yeni çağırış olacaq. Şarl və Lyuis iyulda keçirilən çəkiliş günündə tras barədə ilkin təsəvvür əldə edə bilsələr də, cümə günü ilk məşqdən etibarən hamımızı öyrənməli olduğumuz çox şey gözləyir.

Bu tras ötən həftəsonu yarışdığımız trasdan xeyli fərqlənir. Yeni trasda xüsusilə vacib olan amil tez uyğunlaşmaq və hər sessiyadan maksimum səmərə ilə yararlanmaqdır. Biz sessiyadan sessiyaya irəliləməli, öz işimizə köklənməli və bütün komanda olaraq hər iki maşının potensialını maksimum dərəcədə üzə çıxarmalıyıq”.