Andrea Stella: “Bizim yanaşmamız hər yarışa ayrıca fokuslanmaqdır. Növbəti yarışda maşının imkanlarından maksimum yararlanmaqdan başqa, təsir edə biləcəyiniz çox az şey var. Həmin yarış isə Monzada keçiriləcək və burada maşına Budapeşt və ya Zandfortla müqayisədə tamam fərqli tələblər qoyulur.
Əlimizdən gələni edəcəyik, amma bu həftəsonu qüvvələr nisbətinin necə olacağını bilmirik. Yalnız onu deyə bilərəm ki, əgər Monzada da rəqabətədavamlı olsaq, mövsümün qalan yarışlarını müəyyən nikbinliklə gözləyə bilərik”.





