FİA Monzada isti hava ilə bağlı xəbərdarlıq yayıb

Monzada yarış həftəsonuna başlamazdan əvvəl FİA isti hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq yayıb - proqnozlara görə, yarış həftəsonunun hər üç günündə havanın temperaturu +33…34 dərəcəni ötəcək.

“Formula1 Reqlamentinin B1.5.10-cu maddəsinə əsasən, rəsmi meteoroloji xidmətdən həftəsonunun istənilən anında bu mərhələdə istilik indeksinin +31C-ni keçəcəyi ilə bağlı proqnoz alındıqda, yüksək temperatur təhlükəsi elan olunur”, – deyə FİA-nın dərc etdiyi sənəddə bildirilib.

Belə xəbərdarlıq o deməkdir ki, sürücünün soyutma sisteminin olması məcburidir. Lakin faktiki olaraq sürücülərə seçim imkanı verilib: ya çevik borularla sistemə qoşulan soyuducu jilet geyinmək, ya da avtomobildə soyutma sisteminin çəkisinə uyğun olan 5 kq ballast yerləşdirmək.

,