D.Kulthard: Yarış qəzası idi

Sabiq Formula1 sürücüsü Devid Kulthard düşünür ki, Montsada Həmiltonla Ferstappen arasında yaşanan qəza yarış insidentidir.

 

F-1.az xatırladır ki, İtaliya yarışında iki sürücü birinci döngədə yan-yana gəlmiş, amma bir-birlərinə güzəştə getmədikləri üçün qəza yaşanmışdı. Qəzada Maks Ferstappenin bolidi Lyuisin Mercedes-inin üstünə çıxmışdı. Yarışdan sonra hadisəni araşdıran stüardlar Ferstappenə Rusiya yarışının startında 3 yer itirmək cəzası vermişdilər.

Devid Kulthard: “Məncə, yarış insidenti idi. Bolidləri bu uşaqlar sürürlər, stüardlar yox. İkisi də bilərəkdən etmədi. Qərarları onlar verirlər. O anda qərar verənlər dünyanın ən yaxşı iki sürücüsüdür. Belə halda heç biri günahı özündə görməz. Digərinin üstünə atar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*