C.Batton: “Bizi yaxşı mövsüm gözləyir”

Britaniyanın Guardian qəzetinə müsahibəsində sonuncu dünya çempionu Censon Batton qarşıdakı mövsümdə mübarizənin gərgin olacağından danışınıb… Censon Batton: “Mən komandaya maksimum […]

Britaniyanın Guardian qəzetinə müsahibəsində sonuncu dünya çempionu Censon Batton qarşıdakı mövsümdə mübarizənin gərgin olacağından danışınıb…

Censon Batton: “Mən komandaya maksimum öyrəşmək istəyirdim, yəni elə alınmasın ki, mən komandanın hər hansı bir əməkdaşını birinci dəfə Bəhreyndə görüm. İndi hər şey hazırdır və mən səbirsizliklə çempionatın başlanmasını gözləyirəm, hərçənd, hamı bunu gözləyir – heç kim bilmir ki, mövsümün ilk yarışında qüvvələr nisbəti necə olacaq. Biz düşünürük ki, bizim maşınalr çox sürətlidir, amma deyəsən, Ferrari, Red Bull və Mercedes də öz maşınları haqqında belə düşünür.

Lyuis mübarizə? Mən qarşıma qoyduğum məqsədimə çatmışam, dünya çempionu olmuşam, sonra nə olacaqsa – xoş bonusdur. Əminəm ki, hətta biz ilk yarışda qələbə uğrunda mübarizə apara bilməsək, tezliklə vəziyyət düzəldəcəyik və geriqalmanı aradan qaldıracayıq – bizim mövsümün gedişində maşının əla təkmilləşdirmə proqramımız var.

Şübhə yoxdur ki, bu il titul uğrunda təkcə mən və Fettel mübarizə aparmayacayıq. Felipe və Fernando Ferrari-də sürətlidirlər, Mixael Şumaher Mercedes-in sükanı arxasına oturacaq – çempionatda rəqabətədavamlı sürücü çoxdur, ona görə də bizi çox yaxşı mövsüm gözləyir. Bəlkə də, tarixin ən yaxşı mövsümü…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*