17 İyun 2019, Bazar ertəsi - 17:35

C.But Virgin komandasına başçılıq edəcək

C.But Virgin komandasına başçılıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:49 - 19 Yanvar, 2010

Dünya çempionatında iştirak etmək üçün keçən il FİA-ya ərizə vermiş Manor Racing komandasının başçısı Con But Virgin şirkəti ilə müqavilə […]

Dünya çempionatında iştirak etmək üçün keçən il FİA-ya ərizə vermiş Manor Racing komandasının başçısı Con But Virgin şirkəti ilə müqavilə bağladıqdan sonra yeni komandanın idman direktoru təyin olunmuşdu, komandaya başçılıq isə Virgin Group-un nümayəndəsi Aleks Taya həvalə olunmuşdu. Yeni Virgin Racing komandasının təqdimatından və sürücülərlə müqavilələr imzalandıqdan bir ay keçdikdən sonra komandada kadr dəyişikliyi baş verib…

Con But yenidən komandanın başçısı təyin olunub, yeni komandanın icraçı direktoru isə Manor Motorsport-un daha bir nümayəndəsi Qrəm Lauden seçilib.

Aleks Tay: “Mənim əsas vəzifəm perspektiv istiqamət tapmaq və işi təşkil etməkdir, mən fəxr edirəm ki, qısa müddət ərzində biz komanda arzusunu gerçəkləşdirə bilmişik. Mən bilirəm ki, Virgin Racing etibarlı əllərdədir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər
Paylaş

logo