14 Dekabr 2018, Cümə - 09:24

F.Fauzi Lotus Renault GP-nin ehtiyat sürücüsüdür

F.Fauzi Lotus Renault GP-nin ehtiyat sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:06 - 19 Yanvar, 2011

Malayziyalı sürücü Fayruz Fauzi qarşıdakı mövsümdə Lotus Renault GP komandasının ehtiyat sürücüsü olacaq. Keçən il o eyni işi Lotus komandasında […]

Malayziyalı sürücü Fayruz Fauzi qarşıdakı mövsümdə Lotus Renault GP komandasının ehtiyat sürücüsü olacaq. Keçən il o eyni işi Lotus komandasında görürdü və beş Qran Pridə cümə sərbəst yürüşlərində iştirak etmişdi. Fayruzun Toni Fernandesin komandası ilə beşillik müqaviləsinin olmasına baxmayaraq, sürücü yeni komandaya keçməyi qərar alıb.

Lotus Renault GP komandasında ehtiyat sürücü funksiyasını yerinə yetirməklə paralel olaraq, Fauzi Super Nova komandasının heyətində GP2 seriyasında çıxış edəcək. Xatırladaq ki, 2009-cu ildə malayziyalı sürücü Dünya Renault seriyasında güclü çıxış edərək ikinci olmuşdu, GP2 seriyasında isə 2005-2006-cı illərdə çıxışları uğursuz olmuşdu.

Fayruz Fauzi: “Mən Lotus Renault GP komandasına mənə göstərdikləri etimada görə təşəkkür etmək istəyirəm. Mənim üçün belə bir komandanın bir hissəsi olmaq böyük şərəfdir, əminəm ki, bu bir çox sürücülərin arzusu idi. Mən xüsusilə Lotus-la tərəfdaşlıq münasibətlərinin yaranmasına sevinirəm və fəxr edirəm ki, komandanın tarixində yeni eranın başlanamsında iştirak edirəm. Ümid edirəm ki, komandada çox şey öyrənəcəm, təcrübə toplayacam və gələcəkdə özüm də starta çıxacam.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər
Paylaş

logo