D.Rikkardo: “Yeni təkər qaydası yarışlara maraq gətirdi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo hesab edir ki, 2016-cı ildən etibarən tətbiq edilməyə başlayan yeni təkər qaydası idmana maraq gətirib.

F-1.az xatırladır ki, Bəhreyn yarışında ilk onluqda 9 fərqli təkər strategiyasından istifadə edilib – yalnız qələbə uğrunda mübarizə aparan Rosberq və Rəykkönen eyni təkər strategiyasını seçmişdilər.

Daniel Rikkardo: “Hələ iki yarış arxada qalsa da, mən düşünürəm ki, müxtəlif təkər strategiyaları fanların marağına səbəb olur.

Yarış sərbəst yürüşlərdən və sıralanma turundan fərqlənməlidir. Ona görə də bu qayda doğru addımdır.

Təkər seçimi artdıqca, yarışda ehtimallar da artır. Bu da yarışın marağını daha da artırır”.

Daniel Rikkardo Bəhreyndə Sebastyan Fettelin yarışı dayandırmasından maksimum istifadə etdi və 4-cü yeri tutaraq Red Bull-un hazırda ən sürətli üçüncü komanda olduğunu göstərdi.

Daniel Rikkardo: “Yarışdan əvvəl əsas hədəfimiz 5-ci yeri tutmaq idi. Amma Sebastyanın bolidindən dumanlar çıxandan sonra hədəfimiz 4-cü yer oldu və biz yarışı dördüncü yerdə bitirdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*