C.Miller: Qələbə qazana bilərdim

KTM komandasının sürücüsü Cek Miller bildirib ki, yıxılmasa, qələbə qazana bilərmiş.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ABŞ yarışının startında 10-cu yerdən 3-cü yerə qədər yüksəlib və sürətli liderlərə yaxınlaşıb. Amma 7-ci dövrədə qəza edərək mübarizəni dayandırıb.

Cek Miller: “Düzünü desəm, qələbə qazanacağımı düşündüm, çünki motosiklet arxa təkərləri yaxşı tutur. Rəqiblərim uzun sağa döngəlrədə qaza basırlar və arxa təkərləri yeyirdilər. Mən daha mühafizəkar davranırdım.

Startda məndən sürətli olsalar da, beş dövrədən sonra sistemləri işləməməyə başladı. Mən də onlara yaxınlaşırdım. Yaxşı fürsətimiz var idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*