C.Batton Williams-a məsləhətçi kimi qayıdıb

2009-cu ilin dünya çempionu Formula1-də debüt etdiyi komanda ilə çoxillik müqavilə bağlayıb. Onun vəzifəsinə tövsiyələr vermək, həm əsas, həm də gənc sürücülərə köməklik göstərmək daxildir.

F-1.az bildirir ki, Censon bu il bir sıra yarışlara gedəcək, lazım olduqda isə komandanın media və marketinq fəaliyyətinə öz dəstəyini verəcək. O, həm də Sky Spots F1 TV-dəki işini davam etdirəcək.

Censon Batton: “Bir daha Williams ilə müqavilə bağladığımı elan etdiyim üçün şadam. 19 yaşıma təsadüf edən müqavilə həyatımı dəyişmişdi. Üzərindən 20 ildən çox keçməsinə baxmayaraq, komandaya bağlılığımı hər zaman hiss etmişəm. Mənə inandığı üçün Frənk Vilyamsa sonsuz təşəkkürümü bildirirəm və indi uğur əldə etmək yolunda komandaya kömək etmək üçün qayıtmaqdan məmnunam. Qarşıda çox ağır iş bizi gözləyir, lakin heç şübhəsiz, Williams-ın parlaq gələcəyi var. İşə başlamaq üçün səbirsizlənirəm”.

Yos Kapito, Williams Racing-in icraçı direktoru: “Censonun qayıdışı komanda üçün əhm trasda, həm də trasdan kənarda irəliləməsi üçün müsbət addımdır. O, həmişə komandamızın dostu olub, buna görə də, Williams-da salamlamağa şadıq. Sör Frank 2000-ci ildə onun istedadını görüb və Formula1-də çıxış etməsinə imkan yaradıb. Batton ümidləri doğruldub və parlaq karyerası ərzində dünya çempionu olub. Daha sonra isə iş və televiziya dünyasında peşəkarlığını nümayiş etdirib, paddokda hər zaman hörmət edilən şəxs kimi qalıb. Onun həm iş, həm də texniki təcrübəsi komandanın dəyişilməsinə kömək edəcək. Bilirəm ki, Qrouvda hamı Censona hörmət edir və biz onunla əməkdaşlığa başlamaqdan məmnunuq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*