Williams komandası çarpma testindən keçib

Britaniya mətbuatı xəbər verir ki, Williams komandası çoxsaylı cəhdlərdən sonra çarpma testlərindən keçib.

F-1.az xatırladır ki, britaniyalılar keçən ildən bu mövsümün bolidinə fokuslansalar da, icbari çarpma testlərindən keçə bilməmişdilər. Amma Britaniya mətbuatı xəbər verir ki, Williams komandası son cəhdində çarpma testini keçərək rahat nəfəs alıb. Komanda indi bolidi testlərə və ilk yarışa çatdırmaq üçün əlindən gələni edir.

Qeyd edək ki, Williams komandası yeni bolidini fevralın 15-də təqdim edəcək. Bu təqdimatda bolidlə bağlı bir neçə yenilik təqdim ediləcək. Lakin bolidin əsl versiyası İspaniyadakı testlərdə üzə çıxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*