C.Batton: “Mercedes bu il də güclü olacaq”

Sabiq Formula1 sürücüsü Censon Batton bildirib ki, Mercedes 2017-ci ildə də məğlub edilməz olacaq.

F-1.az xatırladır ki, Mercedes son 3 mövsümdə 59 yarışdan 51-i qazanaraq, 3 dəfə mühəndislər, 3 dəfə sürücülər çempionluğunu bayram edib.

Censon Batton: “Mercedes-ə çatacaqlar? Məncə, bu hamı üçün sual işarəsi olacaq. Son 3 ildə çox güclü idilər və qaydalar tamamilə dəyişilməyib. Bütün komandaların Mercedes-dəki kimi gücə ehtiyacı var. Mercedes-lə mübarizə apara biləcək komanda qışda yaxşı iş görən komanda olacaq.

Hamımız maraqlı mövsüm olmasını istəyirik. Ön qrupda çox komandanın mübarizəsi etməsi vacibdir. Yeni qaydalar idman üçün çox yaxşıdır və ehtiyacımız olan şey budur. Bunun Formula1-in gələcəyi üçün gözəl başlanğıc olmasına ümid edirik.

Ümid edirəm ki, McLaren irəliyə doğru yaxşı addım atar. Amma komanda ilə çox maraqlanmamışam və necə vəziyyətdə olduqlarını bilmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*