Bu gün saytımızın 10 yaşı tamam olur!

Ölkəmizdə fəaliyyət göstərən və tamamilə avtoidmana həsr olunan yeganə saytımızın bu gün 10 yaşı tamam olur.

F-1.az xatırladır ki, 2006-cı ilin bu günündə saytımız www.f1-az.com ünvanında “Formula1 Azərbaycanda” şüarı altında fəaliyyətə başlasa da, bir neçə ildən sonra milli domenə köçürülmüşdü.

Arxada qoyduğumuz illərdə saytımızda əsasən Formula1 xəbərləri yer alsa da, son ildə avtoidmanın digər sahələrinə böyük yer ayırmağa başlamışıq. Bizim fəaliyyətimizin nəticəsində ölkənin əsas idman kanalı Formula1 yarışlarını canlı yayımlamağa başlamışdı və bu yayımın əsas şərhçisi saytımızın qurucusu, təsisçisi və baş redaktoru Rəhim Əliyevdir. Bu ildən isə Formula1 yarışları artıq ölkəmizdə də keçirilməyə başlayacaq. Rəhim Əliyev isə Bakıda yayda baş tutacaq Avropa Qran Prisinin rəsmi səfiri seçilib.

Ümid edirik ki, bizim fəaliyyətimiz sayəsində ölkədə avtoidman mədəniyyəti inkişaf edəcək.

Bizi təbrik edən bütün həmkarlarımıza təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*