F.Alonso yeni McLaren-in rəngini bilmir?

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, yeni mövsümdəki bolidləri MCL32-nin rəngindən xəbərsizdir.

F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, McLaren-in bu mövsüm rəng çaları narıncı ola bilər.

Alonso bildirib ki, rəng mövzusunda narahat deyil və əlavə edib ki, əsas bolidin rəqabətədavamlı olmasıdır: “Sözün açığı bolidin rəngini bilmirəm. Narıncı, qara və ağ olacağı barədə xəbərlər oxudum. Mənim də sizin kimi heç nədən xəbərim yoxdur. Bu il hər şeydən vacib bolidin performansı olacaq. Bu mövzuda yaxşı işlər görməliyik. Zek Braun dedi ki, bu il qələbə qazana bilmərik, amma bəlkə də hər şey qaydasında gedər və bəxt hesabına qazanarıq. Hazırda özümü yaxşı hiss edirəm. Həmişi pozitiv olmalıyıq. Nə baş verəcəyini əvvəldən bilmək olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*