L.Həmilton və T.Stüart maşınlarını dəyişiblər (video)

Lyuis Həmilton və NASCAR Sprint Cup sürücüsü Toni Stüart Exxon Mobil şirkətinin Uotkinns Qlendə təşkil etdiyi Mobil 1 Car Swap […]

Lyuis Həmilton və NASCAR Sprint Cup sürücüsü Toni Stüart Exxon Mobil şirkətinin Uotkinns Qlendə təşkil etdiyi Mobil 1 Car Swap tədbiri çərçivəsində maşınlarını dəyişiblər – britaniyalı sürücü Chevrolet İmpala stok-karının sükanı araxsına, amerikalı sürücü isə McLaren MP4-23-ün sükanı araxsına keçib. Yağmurlu havaya baxmayaraq, tamaşaçılar və iştirakçıları razı qalıblar…

Lyuis Həmilton: “Mən özümü uşaq kimi hiss edirdim, lap kartinqdə yarışdığım anları xatırladım. Hələ səhər arxada qalan çətin Formula1 uik-endini unuda bilmirdim, amma trasa çıxan kimi hər şeyi yaddan çıxartdım.

Keçən illərdə sürücülər müxtəlif siniflərdə yarışırdılar və mən Toniyə dedim ki, sən bizim çempionatda, mən isə siszin çempionatda bir yarış keçirsəm pis olmaz. Mən bilirəm ki, bunu bu gün etmək mümkün deyil, amma yaxşı olardı.

Düşünürəm ki, Chevrolet İmpala bizim maşından üç dəfə ağırdır, amma idarəetmədə elə də ağır görünmür. Əyləclər effektiv işləyirdi. Toni mənə dedi ki, quru asfaltda onlar hansı nöqtədə əyləci basırlar, mən də yağışlı trasda elə təxminən orda basırdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*