B.Sinqx: “Mixael indi də çoxundan güclüdür”

Balbir Sinqx uzun müddət Mixael Şumaherin şəxsi fizioterapevti olub, alman sürücü karyerasını başa vurduqdan sonra isə o Force İndia komandası […]

Balbir Sinqx uzun müddət Mixael Şumaherin şəxsi fizioterapevti olub, alman sürücü karyerasını başa vurduqdan sonra isə o Force İndia komandası ilə əməkdaşlığa başlayıb. Çox güman ki, hindistanlı mütəxəssis və alman sürücü Valensiyada görüşəcəklər, hələlik isə Balbir Almaniyanın Frankfurter Allgemeinen Sonntagszeitung qəzetinə Şumaherin idmana qayıtmasını şərh edib…

Balbir Sinqx: “Mixael qərar qəbul edib və maksimum nəticəyə nail olmaq üçün hər şey edəcək. Onun həmişə bir məqsədi olub – qələbə qazanamq, hamı onu belə tanıyır və o vaxtdan heç nə dəyişməyib. Fiziki və mənəvi cəhətdən o hazırda Formula1-də çıxışe dən sürücülərdən güclüdür, hətta özündən 10 yaş cavan olanlardan belə.

Mən sevinclə Şumaherə kömək edərəm, əgər lazım olsa. Əgər günortalar mən iş yerimdə məşğul olsam, axşamlar öz cədvəlimlə işləyə bilərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*