Britaniya-2022: Üçüncü sərbəst yürüşlər

Cümə günü sürücülərə mane olan külək bu gün daha da güclənib. Göy üzünü buludlar örtüb, sessiya quru havada başlasa da, yağıntı ehtimalı yüksək olub.

F-1.az bildirir ki, dünən ilk məşqlərdə yağış yağdığı üçün bütün komandalar ikinci məşqlərdə var gücləri ilə işləyiblər. Haas-dan başqa bütün komandalar ciddi yeniliklərlə gəliblər.

Sessiya sakit keçib. Peres yoldan çıxsa da, geri qayıda bilib. Fettel sürətli dövrədə olan Qasliyə yol vermək üçün asfaltdan çıxmalı olub. Bir neçə damcı yağış düşsə də, buludlar trasdan uzaqlaşıb.

Protkollara həftəonunun hələ ki, ən sürətli dövrəsini vuran Maks Ferstappen başçılıq edib – 1:27.901. Bizi yağış ehtimalı yüksək olan gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:27.901 17
2 11 Serxio Peres Red Bull 1:28.311 + 0:00.410 20
3 16 Şarl Lekler Ferrari 1:28.348 + 0:00.447 21
4 63 Corc Rassell Mercedes 1:28.426 + 0:00.525 20
5 44 Lyuis Həmilton Mercedes 1:28.488 + 0:00.587 24
6 55 Karlos Sayns Ferrari 1:28.689 + 0:00.788 21
7 4 Lando Norris McLaren 1:29.102 + 0:01.201 19
8 77 Valtteri Bottas Alfa Romeo 1:29.185 + 0:01.284 19
9 47 Mik Şumaxer Haas 1:29.510 + 0:01.609 20
10 14 Fernando Alonso Alpine 1:29.520 + 0:01.619 19
11 31 Esteban Okon Alpine 1:29.552 + 0:01.651 23
12 5 Sebastyan Fettel Aston Martin 1:29.593 + 0:01.692 24
13 24 Quanyu Çjou Alfa Romeo 1:29.752 + 0:01.851 16
14 23 Aleksander Elbon Williams 1:29.780 + 0:01.879 21
15 10 Pyer Qasli AlphaTauri 1:29.885 + 0:01.984 22
16 18 Ləns Stroll Aston Martin 1:29.892 + 0:01.991 25
17 22 Yuki Tsunoda AlphaTauri 1:30.039 + 0:02.138 21
18 3 Daniel Rikkardo McLaren 1:30.293 + 0:02.392 20
19 6 Nikolas Latifi Williams 1:30.489 + 0:02.588 16
20 20 Kevin Maqnussen Haas 1:30.523 + 0:02.622 18

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*