Bridgestone Monakoda: SuperSoft və Medium

Bridgestone şirkəti mövsümdə ikinci dəfə komandalara yumşaq təkər cütlüyünü – SuperSoft və Medium tərkiblərini təqdim edəcək. İlk dəfə komandalar bu […]

Bridgestone şirkəti mövsümdə ikinci dəfə komandalara yumşaq təkər cütlüyünü – SuperSoft və Medium tərkiblərini təqdim edəcək. İlk dəfə komandalar bu tərkiblərlə mövsümün ilk yarışında, Bəhreyndə, yarışmışdılar. Hirohide Hamaşimanın fikrincə, məhz yumşaq tərkiblər şəhər küçələrində yaxşı ilişməyə imkan verəcək…

Hirohide Hamaşima: “Qarşımızda çətin vəzifə durur, indidən trasın vəziyyətini söyləmək mümkün deyil – uik-endin gedişində hava dəyişkən olmalıdır.

Amma Bəhreyndə topladığımız məlumatlara əsasən, SuperSoft tərkibi yarışın startında istifadə olunarsa, böyük məsafəyə dözə bilər, Medium isə işçi temperatura çatdıqdan sonra çox effektiv olur. Amma havanın dəyişməsi vəziyyəti də dəyişə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*