F.Alonso Kanadada çətin yarış gözləyir

Fernando Alonso mühərriyə tələbkar olan Kanadada yarışın çətin keçəcəyini bildirib.

F-1.az xatırladır ki, Fernando Alonso “bizim üçün ən yaxşı fürsətdir” dediyi Monako QP-də 5-ci yeri tutdu və komandası üçün vacib xallar qazandı. Alonso komandanın inkişafına baxmayaraq, Kanada yarışının çətin keçəcəyinə inanır: “Monako yarışı bizim üçün yaxşı keçdi. İki bolidlə də xal qazanmaq əla oldu. Amma hələ görüləsi çox işimiz var. İnkişaf edirik, amma yuxarı pillələr uğrunda mübarizə aparana qədər inkişaf etməyə davam etməliyik.

Kanadada Monakoya nisbətən fərqli mübarizə olacaq. Ümid edirəm ki, trasa tez uyğunlaşarıq. Amma qətiliklə deyə bilərəm ki, çətin və proqnoz vermək mümkün olmayan həftəsonu olacaq. Kanada gözəl trasdır. Burada sürmək çətindir və həmişə diqqətli olmağı tələb edir. Çox sürətli və çox yavaş döngələr var. Burada əyləclərin və mühərriyin üzərinə çox yük düşür. Yəni bolidi gücə salan trasdır. Hər şeydən əvvəl etibarlılığa fikir verməliyik. Biz performansımızı təhlükəyə atacaq texniki problem olmamasına əmin olmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*