F.Alonso Alpine-i tənqid edib

Aston Martin AMR23-ün təqdimatında Fernando Alonso bildirib ki, yeni komandası onu qalib gəlmək istəyi ilə özünə cəlb edib.

F-1.az xəbər verir ki, daha sonra Sky Sports-a danışan ikiqat dünya çempionu fikirlərini daha geniş izah edib.

Fernando Alonso: “Aston Martin-də son vaxtlar yarışdığım komandalardakından çox fərqli bir atmosfer var. Həmin komandaların keçmiş uğurları olub və hazırkı vəziyyətlə kifayətlənməyə razıdırlar.

Dördüncü yerdə idilərsə, dördüncü yerə sevinirdilər. Beşinci oldularsa, beşinci yerlə kifayətləndilər. Hətta yeddinci yeri xüsusi qeyd etdilər. Biz qalib gələnə qədər Aston Martin-də heç bir bayram olmayacaq. Bu yanaşma çox cəlbedicidir”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*