Brawn GP üçün daha iki maneə

Melburnda ilk debüt yarışına kimi Ross Braunun yeni komandası daha iki maneəni aşmalıdır. Birincisi, bütün komandaların Honda Racing adının Brawn […]

Melburnda ilk debüt yarışına kimi Ross Braunun yeni komandası daha iki maneəni aşmalıdır. Birincisi, bütün komandaların Honda Racing adının Brawn GP adına dəyişdirilməsinə razılığı, ikincisi, FİA-nın Mercedes motorlarının üçüncü komanda tərəfindən istifadəsinə icazəsi

Adın dəyişdirilməsinə gəlincə, bu məsələ Brawn GP ətrafında çətin iqtisadi vəziyyətdə çox vacibdir. Berni Ekklstoun və komandaların nümayəndələri adın dəyişdirilməsinə səs verməlidirlər. Yalnız bu halda Rossun komandası teleyayımdan əldə olunan gəlirdən pay ala bilər, əks halda gəlir doqquz komanda arasında bölüşdürüləcək.

Motor təchizatına icazəyə gəlincə, bu sadə rəsmiyyətdir. Reqlamentə əsasən eyni motordan çempionatın iki komandası istifadə edə bilər, bu iki komanda isə – McLaren və Force İndia-dır, lakin üçüncükomandaya motor təchizatı yalnız FİA-nın artıq alınmış icazəsinin yazılı təsdiqini tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*