BMW Sauber İspaniyada KERS-dən istifadə etməyəcək

BMW Sauber komandası qarşıdakı İspaniya Qran Prisində KERS-dən istifadə etməməyi qərara alıb. Komanda bu qərarı onunla izah edir ki, Barselonada […]

BMW Sauber komandası qarşıdakı İspaniya Qran Prisində KERS-dən istifadə etməməyi qərara alıb. Komanda bu qərarı onunla izah edir ki, Barselonada ilk dəfə şassinin yeni aerodinamik çəkipaylanması yoxlanılacaq və komanda bütün diqqətini bu problemə həsr etmək istəyir. Monakoda da KERS tətbiq olunmayacaq, amma buna səbəb şəhər trasında belə bir sistemin səmərəsiz olmasıdır…

Mario Tayssen: “Barselonada bizim maşınların heç birinə KERS quraşdırılmayacaq, çünki eyni zamanda həm maşına yeni aerodinamik elementlər tətbiq etmək və həm də enerjinin toplanması sistemi ilə məşğul olmaq mümkün deyil. Çox güman ki, növbəti dəfə biz KERS-dən Türkiyədə istifadə edəcəyik.

Amma ümumən biz sistemin işindən razıyıq, sistem hətta Malayzoyada leysan yağış altında nöqsansız işləyirdi. Amma biz hər bir trasda sistemdən istifadə edə bilmirik, bu maşının təchizatı ilə əlaqədardır. Sliklərin davranışının xüsusiyyətlərini və şassinin çəkipaylanmasının nüanslarını nəzərə alamqla biz qaabq pxu yaxşı yükləməliyik, axı KERS maşının orta hissəsində yerləşir və balansı ortaya doğru, hətta arxaya çəkir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*