14 Dekabr 2019, Şənbə - 16:56

BMW Sauber-i almağa iki namizəd

BMW Sauber-i almağa iki namizəd

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:58 - 04 Avqust, 2009

İsveçrənin Blick qəzeti hesab edir ki, BMW Sauber komandasının yeni sahibi biznesmen Fris Kayzer ola bilər, vaxtilə o Sauber komandasının […]

İsveçrənin Blick qəzeti hesab edir ki, BMW Sauber komandasının yeni sahibi biznesmen Fris Kayzer ola bilər, vaxtilə o Sauber komandasının həmsahiblərindən biri olub və Petronas şirkəti ilə əlverişli müavilə bağlamağa kömək etmişdi, Braziliya mətbuatı isə yazır ki, hazırda GP2, GP Asiya və Avroseriya3000 çempionatlarında iştirak edən Piquet GP komandasının sahibi üçqat dünya çempionu Nelson Pike Formula1 komandasını almaq istəyir.

Hadisələrin cərəyan etməsinin hələlik iki senarisi var – komanda kənar sərmayədar tərəfindən brendi, işçi yerləri və infrastrukturu saxlamaqla alına bilər. Əgər BMW buna razı olmasa, onda gələn ilin çempionatında iştirak еtmək üçün ərizə vermiş, amma siyahıya düşməmiş komandalardan biri boşalmış yeri tuta bilər – belə bir senarini Epsilon Euskadi-nin başçısı Xoan Villadelpart gözləyir.

Potensial alıcılar şərh verməkdən çəkiniblər, Nelsinyo Pike isə Braziliyanın O Globo qəzetinin sualına zarafatla cavab verib: “Mənim Piquet F1 adından xoşum gəlir, bəs sizin?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər
Paylaş

logo