H.Marko: “Honda ilə münasibətimiz fərqli olacaq”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Honda ilə münasibətləri McLaren-dən fərqli olacaq.

F-1.az xatırladır ki, avstriyalıların Formula1-dəki təmsilçisi gələn ildən Honda mühərriklərinə keçirlər.

Qeyd edək ki, McLaren komandası yaponiyalı motor istehsalçısı ilə 2015-2017-ci illərdə işləmiş və yaxşı nəticə ala bilməmişdi.

Helmut Marko: “Honda ilə münasibətimiz fərqli olacaq. McLaren onlara mühərrikin formasını sifariş edirdilər. Biz isə onlardan yaxşı motor düzəltməklərini istəyirik. Bunu şassiyə uyğunlaşdırmağa çalışacağıq. Hər şeyi müzakirə edirik. Yaponlar səhv etdiklərini anladılar. Komandada dəyişiklik oldu və mütəxəssislərdən məsləhətlər aldılar. Bu il Toro Rosso ilə göstərdikləri performans inkişafdır. Gələn il Renault-dan güclü olacağımıza əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*