Red Bull yeni rəng çalarını təqdim edib

Bu gün Formula1 əhli üçün gərgin gündür. Ford-un idmana qayıtmasını açıqlamasından sonra Red bull komandası Nyu Yorkda yeni rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, Red bull keçən il 22 yarışdan 17-də qalib gələrək, iki cəbhədə də Dünya çempionu olmuşdu.

Red Bull komandası son illərdə təqdimatlarda rəng çalarını təqdim edirdi. Əsl maşın isə mövsümöncəsi testlərdə üzə çıxırdı. Bu ild ə eyni hal baş verib.

Bu gün təqdim olunan maşın 2019-cu ilin maşınını xatırladıb: Eyni rəng çaları və eyni sponsorlar. Komanda bu il də Maks Ferstappen və Serxio Peres cütü ilə davam edəcək. Komandanın rəhbəri Kristian Horner, texniki direktoru isə Ədrian Nyui olacaq.