23 Sentyabr 2019, Bazar ertəsi - 09:16

BMW Sauber adını saxlayacaq

BMW Sauber adını saxlayacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:37 - 31 Yanvar, 2010

BMW Sauber komandası BMW şirkəti ilə heç bir əlaqəsi olmasına və Ferrari motorlarından istifadə etməsinə baxamayaraq, bu mövsüm öz adını […]

BMW Sauber komandası BMW şirkəti ilə heç bir əlaqəsi olmasına və Ferrari motorlarından istifadə etməsinə baxamayaraq, bu mövsüm öz adını saxlayacaq. Bu barədə Valensiyada komandanın “yeni keçmiş” başçısı isveçrəli Peter Zauber bildirib.

Belə bir qərarın qəbul edilməsinə səbəb Razılıq Müqaviləsinə əsasən komandaya keçənilki yayımdan gəlirlərin çatmasıdır. Bütün sənədlərdə komanda məhz BMW Sauber kimi göstərilib və adının dəyişdirilməsi zamanı maliyyə itkiləri qaçılmaz olardı…

Peter Zauber: “Mövsümün startına qədər biz heç nəyi dəyişməyi planlaşdırmırıq. Biz çempionatda BMW Sauber adı altında çıxış edəcəyik.

Ferrari? Heç bir problem yoxdur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 363
Teqlər
Paylaş

logo