BMW Sauber 65 milyon Avroya?

BMW şirkətinin Formula1-dən getməsi elan olunduqdan sonra mətbuatda komandanın potensial alıcıları qeyd olunurdu, amma Bavariya konsernini təklif olunan şərtlər qane […]
bmw3

BMW şirkətinin Formula1-dən getməsi elan olunduqdan sonra mətbuatda komandanın potensial alıcıları qeyd olunurdu, amma Bavariya konsernini təklif olunan şərtlər qane etməyib. Hazırda Almaniyanın Auto Motor und Sport qəzeti BMW şirkətinin komandaya görə əldə etmək istədiyi məbləği açıqlayıb – 65 milyon Avro. Çox ciddi məbləğdir, xırda sərmayədarlar oyundan kənar qalıblar, gələcək komanda sahibi isə bir o qədər məbləği gələn il komandaya xərcləməli olacaq…

Qışda Honda konserni öz zavod komandasını Ross Brauna simvolik məbləğə – cəmi bir funt sterlinqə satmışdı, amma bu zaman söhbət məsrəflərin minimuma endirilməsindən gedirdi, çünki əvvəl bağlanmış müqavilələrə görə personla ödəniləcək kompensasiyaları bu yolla azaltmaq oldu. Lakin BMW, deyəsən, başqa yol seçib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*