23 Yanvar 2019, Çərşənbə - 18:02

B.Ekklstounun cavabı ləngimədi

B.Ekklstounun cavabı ləngimədi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:19 - 05 Dekabr, 2012

Dünən Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo Formula1-in kommersiya başçısı Berni Ekklstounun ünvanına kəskin sözlər işlətməkdən çəkinməmişdi, Luka Bernini “ağzının […]

Dünən Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo Formula1-in kommersiya başçısı Berni Ekklstounun ünvanına kəskin sözlər işlətməkdən çəkinməmişdi, Luka Bernini “ağzının danışığını bilməyən qoca” adlandırmışdı. İstanbulda jurnalistlər Bernidən bu çıxışa şərh verməsini xahiş ediblər…

Berni Ekklstoun: “Bir dastanlıq çıxış edib, amma yalnız bir şeydə haqlıdır – mənim yaşımda, heç kim şübhə etmir və mən bunu gizlətmirəm də, mənim həqiqətən 82 yaşım var.

Hesab edirəm ki, Luka özü bu yaxınlarda siyasi səhnədə eyni halla üzləşmişdi, axı insanlar ondan çox narazı qalmışdlar, özü də fikirlərini olduqca kəskin bildirmişdilər.

Luka təkid edir ki, əvvəl dediklərini xatırlamır. Amma Luka mənim kimi qoca deyil. Əminəm ki, bu onun yaşı ilə əlaqədar deyil, çünki o həmişə belə olub. Ən azı bu məsələdə o stabildir. Həm də hələ məlum deyil ki, onun 82 yaşı olanda necə olacaq.

Amma, ümumən Luka əla oğlandır və mənim ondan xoşum gəlir, eləcə də hamının. Əlbəttə, siyasətdə yaşadığı uğursuzluğu məni narahat edir, mənə elə gəlir ki, Luka heç siyasətə girişməməli idi…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər
Paylaş

logo