L.Stroll komanda oyunçusu istəyir

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, yeni komanda yoldaşının komanda oyunçusu olmasını istəyir.

F-1.az xatırladır ki, Massa ilin sonunda Formula1 karyerasını bitirəcək və onun yerinə əsas namizədlər Kubitsa, Verlyayn və Kvyatdır.

Ləns Stroll: “Mən komanda oyunçusu istəyərdim. Sadəcə bolidi sürürəm. Ancaq özümə fokuslanıram. Təbii ki, yaxşı münasibət istəyərəm. Komanda yoldaşı ilə pis münasibəti heç kim istəməz. Daha güclü olmaq üçün sizinlə mübarizə aparan sürücü istəyərsiniz. Amma son qərarı komanda verəcək.

Kubitsa ilə əvvəllər tanış olmamışıq. Qəzadan əvvəl ən güclülərdən idi. Onun haqda başqa bir şey bilmirəm. Sağlamlığı barədə heç nə bilmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*