P.Qasli: Səbirsizlənirəm

Alpine komandası dünən gecə yeni maşınının görkəmli təqdimat mərasimini keçirib.

F-1.az xəbər verir ki, təqdimatda komandanın fransız yeni sürücüsü də öz fikirlərini bildirib.

Pyer Qasli: “Alpine komandasının rəsmi sürücüsü kimi təqdim edilməyim fantastikdir. İndi karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm. Qış sınaqlarında A523-ün potensialını və imkanlarını qiymətləndirmək, həmçinin komanda ilə tanış olmağa davam etmək üçün səbirsizlənirəm.

Keçən ilin sonunda  A522-nin gücünü yüksək qiymətləndirdim və komandanın builki maşının inkişafı üzərində işini izlədim – bütün bunlar məni Alpine-da nələrin gözlədiyi barədə həvəsləndirdi. Hər iki bazada hər kəsin gündəlik işində fədakarlığını görmək çox xoşdur – əməkdaşlarımız komandanı ardıcıl olaraq irəli aparır. Komandaya bu ilki məqsədlərinə çatmaqda kömək etməyə başlamaq üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*