B.Ekklstoun: “Yeni qaydalar çox şeyi dəyişir”

Avstraliya Qran Prisi təşkilatçılarının keçirdikləri mətbuat konfransında Berni Ekksltoun bir daha dünya çempionunu müəyyənetmə sistemini şərh eidb. Söhbət həm də […]

Avstraliya Qran Prisi təşkilatçılarının keçirdikləri mətbuat konfransında Berni Ekksltoun bir daha dünya çempionunu müəyyənetmə sistemini şərh eidb. Söhbət həm də testlərdə Brawn GP komandasının liderliyindən və Censon Battonun titul qazanmaq şanslarından gedib – mövsümün əvvəlində bir neçə qələbə qazanmaq kifayətdir ki, istənilən sürücü titul uğrunda mübarizədə özünü inamlı hiss etsin…

Berni Ekklstoun: “Yeni qaydalar çox şeyi dəyişir, əgər, məsələn, Brawn GP həqiqətən sürətli olsa, onda bizim mövsümün ilk üç yarışında Battonun üç qələbəsini görmək şansımız var. Titulun taleyini xallar deyil, qələbələr həll edəndə, o belə vəziyyətdə özünü rahat hiss edə bilər, amma çempionatın sonuna mübarizəyə Alonso, Rəykkönen, Massa və Həmilton qoşulacaqlar.

Melburndakı yarışı kim udursa udsun, söz-söhbət gəzəcək ki, qalıb gəlmiş maşın reqlamentə uyğun deyil və burda vacib deyil kimdən söhbət gedir. İki və ya üç komanda reqlamenti özləri istədikləri kimi yozublar – Toyota və Brawn təlimatları rəqiblərindən fərqli başa düşüblər. Hazırda FİA-nın nümayəndələri qanun pozuntusu görmürlər, amma ola bilər ki, biz artıq Melburnda ilk şikayətləri qəbul edəcəyik. Bunların yarışa təsiri olmasa da, yarışdan sonra şikayətlərin hamısına baxılacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*