D.Rikkardo: “Daha güclü olacam”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, bu il onun ifasında daha gözəl ötmələr görəcəyik.

F-1.az xatırladır ki, divebomb ötmələri ilə yadda qalan Rikkardo peletonun ən yaxşı keçid edən sürücüsü sayılır.

Daniel Rikkardo: “Böyük ehtimalla belə ötmələrdən çox görəcəksiniz. Onsuz da ön cərgələrdən başlama şansımız azdır. Buna görə də daha çox ötmə etməliyik. Hücum etmək üçün heç bir maneəmiz yoxdur”.

Avstraliyalı sürücü sürətli dövrəyə görə verilən xal barədə də fikrini bildirib: “Bunu ilk dəfə eşidəndə bəyənməmişdim. Amma ilk onluqdakı sürücülərə aid olduğunu biləndə sevindim. Çünki 10-cu yerdəki sürücü bir xal qazandığı halda, 19-cu yerdəki sürücü son dövrələrdə təzə təkər götürüb xal alır. Belə olan halda, 10-cu yerdəki sürücü ilə daha aşağı pillədə olanların əziyyətinin nəticəsi eyni olur. Fərqi olarmı bilmirəm. Keçən il çoxlu sürətli dövrələr vurmuşdum. Bundan sonra buna daha çox fikir verəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*