B.Ekklstoun getməyə hazırlaşmır

Nürburqrinq uik-endi zamanı FOTA üzvü olan komandaların Razılıq Müqaviləsinin yeni mətninin Berni Ekklstounun iştirakı olmadan CVC Capital Partners sərmayə fondunun […]

Nürburqrinq uik-endi zamanı FOTA üzvü olan komandaların Razılıq Müqaviləsinin yeni mətninin Berni Ekklstounun iştirakı olmadan CVC Capital Partners sərmayə fondunun rəhbərliyi ilə müzakirə etməsi barədə söhbətlər eşidilirdi. Hətta Berninin istefası barədə də şayiələr yayılmışdı, amma bu gün tərəflər şayiələri təkzib ediblər…

Berni Ekklstoun: “Mənim getməyim barədə yayılan şayiələr həqiqətə uyğun deyil. Mən ümid edirəm ki, çərşənbə gününə Razılıq Müqaviləsi hazır olacaq və düşünürəm ki, Mosli bizim işimizdən razı qalacaq. O federasiyanın səsləndirdiyi bütün məsələləri həll edəcək, o planlaşdırdığı bütün işləri etdikdən sonra gedəcək, amma mən qalacam.”

Ekklstounun mövqeyini CVC Capital Partners-ın başçısı Donald Makkenzi də dəstəkləyib…

Donald Makkenzi: “Berni qalacaq, onu təqaüdə və ya başqa vəzifəyə göndərmək planımız yoxdur. Bu barədə heç bir danışıq və ya görüşümüz də olmayıb. Berni bilir ki, onun mövqeyinə heç bir təhlükə yoxdur – o biznesi idarə edir və işinin öhdəsindən əla gəlir. Onun Hitler barədə fikirləri xoşumuza gəlməmişdi, amma bu məsələ bağlanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*