Əslində yarışa 22-ci yerdən başlamalı olan Red Bull Racing sürücüsünün maşınında komanda arxa antiqanadı fərqli spesifikasiyalı versiya ilə əvəz edib və asılqan sazlamalarını dəyişdirib. Belə işlər “qapalı park” rejimində qadağan olunduğuna görə, Liam yarışa pit-leyndən başlayacaq.
“Qapalı park” qaydaları Aston Martin-də də pozulub: komanda Fernando Alonsonun maşınında güc qurğusunun elementlərini dəyişib. Nəticədə Formula1-in ikiqat çempionu da yarışa pit-leyndən start verəcək.





