Bu il Formula1 sarı mətbuatın səhifələrindən düşmür. Mövsüm ikiqat diffuzorların mübahisəsi ilə başlamışdı, sonra hurnalistlər Həmiltonun stüardlara yalan söyləməsini müzakirə etmişdilər, daha sonra FOTA və FİA qarşıdurması və çempionatın parçalanması gündəmə gəlmişdi. Yayda BMW şirkəti çempionatdan getməsini elan etdi, bazar ertəsi isə Ümumdünya Şurası Pikenin keçənilki Sinqapur yarışındakı qəzasını araşdıracaq. Berni Ekklstoun hesab edir ki, Formula1 növbəti qalmaqalın da öhdəsindən gələcək…
Berni Ekklstoun: “Formula1 daha çətin vəziyyətlərdən çıxıb, hətta elə olurdu ki, hamı düşünürdü ki, bu çempionat sonuncu olacaq. Ayrton Senna öləndən sonra da belə deyirdilər, Mixael Şumaher gedəndən sonra da, Formula1 bir neçə böhrandan keçib, amma hər dəfə Formula1 qalib gəlirdi, bu dəfə də belə olacaq.
Bu yaxınlarda Flavio Briatore mənə demişdi ki, mənim yaşımda maşınlarla oynamaq istəməyəcək. Nə deyim, ən azı bu problem həll olunub.”