M.Mosli İspaniya səfərini təxirə salıb

FİA prezidenti Maks Mosli İspaniya Qran Prisinə planlaşdırdığı səfərini təxirə salıb və Britaniyada öz ailəsi ilə qalacaq. Bu gün onun […]

FİA prezidenti Maks Mosli İspaniya Qran Prisinə planlaşdırdığı səfərini təxirə salıb və Britaniyada öz ailəsi ilə qalacaq. Bu gün onun böyük oğlunun vəfat etdiyi məlum olub. Aleksander Moslinin cəsədi Londonun qərbindəki evindən tapılıb.

Skotlənd Yardın nümayəndəsi bildirib ki, hadisədə kriminal yoxdur. The Sun qəzeti 39 yaşlı iqtisadçının ölümünə narkotiklərin səbəb olmasını fərz edib: Aleksanderi yaxından tanıyanlar təsdiq ediblər ki, son illər o narkotiklərdən asılılıqla mübarizə aparırdı.

Amma Sky News telekanalının xəbərlərində başqa versiya səslənib – Aleksander özünə qəsd edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*