B.Ekklstoun Ferrari-nı məhkəməyə verə bilər?

Britaniyanın The Times qəzetinin yaydığı məlumata görə, əgər Ferrari komandası çempionatı tərk edərsə, bağladığı müqavilələri pozduğu üçün məhkəməyə verilə bilər… […]

Britaniyanın The Times qəzetinin yaydığı məlumata görə, əgər Ferrari komandası çempionatı tərk edərsə, bağladığı müqavilələri pozduğu üçün məhkəməyə verilə bilər…

Berni Ekklstoun: “Biz həmişə bağlanmış müqavilələrə hörmət etmişik. Bizim müqavilə bağlayanların hamısı öhdəlikərin yerinə yetirilməsinə ümid edir, biz də öz növbəmizdə komandaların müqavilələrə riayət etməsinə nəzarət edirik, o cümlədən Ferrari-nin. Onlar deyirlər ki, çempionatı tərk etmək istəyirik, biz isə deyirik ki, müqavilənin yerinə yetirilməsinə ümid edirik.”

Şayiələrə görə, Ekklstoun Luka di Montedzemolonu yazılı surətdə xəbərdar edib ki, əgər müqavilə pozularsa, Ferrari son illərdə aldığı teleyayımdan gəlirin bir hissəsini geri qaytarmalı olacaq. Bu gün bir azdan komandaalrın nümayəndələri Flavio Briatorenin yahtasında toplaşacaqlar, axşam yaxın isə onların FİA prezidenti Maks Mosli ilə görüşü gözlənilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*