L.Həmilton podiuma gecikmə səbəbini açıqlayıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Bakıda podiuma gecikməsinin səbəbini açıqlayıb.

F-1.az bildirir ki, britaniyalı sürücü yarışdan sonra verdiyi müsahibəsində bildirib ki, finişə 3 dövrə qalmış təkəri partlayaraq mübarizəni dayandırmaqla 100%-lik qələbəni əldən verən komanda yoldaşı Bottasa təsəlli verib.

Lyuis Həmilton: “Özümü qəribə hiss edirəm. Çox aciz vəziyyətdir. Nəticədə Valtteri qələbəyə layiq idi. O mükəmməl işlədi və səhvsiz sürdü. Mən ondan zəif idim. Boliddən çıxıb müsahibə verdikdən sonra Valtterini görməyə getdim. Onu gözəl sürdüyü üçün təbrik etmək istədim və buna görə podiuma gecikdim. Valtterinin bəxti gətirmədi. Dubl etsəydik, əla olardı. Təkəri partlamasaydı, qalib gələ bilməzdim”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*