B.Ekklstoun ehtiyat edir

Berni Ekklstoun bildirib ki, Bəhreyn Qran Prisinin təşkilatçılarının yarışı keçirməyə hazır olduqlarını bəyan etsələr də, yarışı çempionatın təqviminə qaytarmağa tələsmir. […]

Berni Ekklstoun bildirib ki, Bəhreyn Qran Prisinin təşkilatçılarının yarışı keçirməyə hazır olduqlarını bəyan etsələr də, yarışı çempionatın təqviminə qaytarmağa tələsmir.

Ekklstounun sözlərinə görə, yarışı təqvimə qaytarmağa şad olardı, amma buna görə başqa Qran Prinin vaxtını dəyişmək lazım gələcək. Hətta hər hansı bir yarışın vaxtını dəyişmək mümkün olsa belə, Bəhreyn yarışının baş tutmaması ehtimalı böyükdür…

Berni Ekklstoun: “Düşünürəm ki, Bəhreyn tərəfi yarışı keçirməyə şad olardı və əminəm ki, bu mümkündür, deməli, biz hansısa başqa bir yarışın vaxtını dəyişməliyik. Biz bunu etməyə hazırıq. Amma təsəvvür edin ki, biz təqvimdə dəyişiklik etdik, biletlər satıldı və yarışa az qalmış nəsə hadisələr baş verdi, onda bizim problemlər olacaq.”

Braziliya Qran Prisinin təşkilatçıları ilə bu yarışın vaxtının dəyişdirilməsi barədə danışıqların olması sualına cavabında Berni bildirib ki, “mən çox adamla danışmışam.”

Formula1-in kommersiya başçısı Türkiyə Qran Prisinin təqvimdə saxlanılması məsələsinə də toxunub: “Mən bu yarışın təqvimdə qalmasını istəyirəm. Bu yarış mənim təşəbbüsümlə təqvimə düşüb. Mən avtodromun tikintisində də iştirak etmişəm və mən burdan getmək istəməzdim. Sabah mən yerli nazirlərlə görüşəcəm. Sonrasına baxarıq. Hələlik nəsə demək tezdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*